Avtomobil piyadanı vurdu: vəziyyəti orta ağırdı

21:21 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1959-cu il təvəllüdlü rayon sakini R.Məmmədovanı vurub.

Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.